Əgər sərnişinin yola düşdüyü məntəqədə və ya təyinat məntəqəsində, yaxud daşınma marşrutunda təbii fəlakət, əlverişsiz sanitar-epidemioloji şərait, habelə daşıyıcıdan asılı olmayan və dənizlə sərnişin daşınması müqaviləsinin icrasını qeyri-mümkün edən digər hadisə və hallar nəticəsində zəruri olarsa, daşıyıcının gəminin yola düşməsini gecikdirmək, daşıma marşrutunu, sərnişinin minəcəyi və ya düşəcəyi məntəqəsini dəyişmək hüququ var.

Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.

Bu hallarda daşıyıcı öz hesabına sərnişinin tələbi ilə onu yola düşdüyü məntəqəyə çatdırmalı və ya sərnişinə onun çəkdiyi xərcləri ödəməlidir. Müəyyən edilmiş qaydalar sərnişinin dənizlə sərnişin daşınması müqaviləsindən imtina etmək hüququna toxunmur.