Yükü saxlayan daşıyıcının tələbləri yükün dəyəri hesabına Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş həcmdə və qaydada təmin edilir.

Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.

Yükün satışından əldə edilən məbləğ, daşıyıcıya çatacaq məbləğlər və yükün satışı ilə bağlı ağlabatan xərclər çıxılmaqla, yükalana verilir. Əgər yükün satışından əldə edilən məbləğ daşıyıcıya çatacaq məbləğləri ödəmək üçün kifayət deyilsə, daşıyıcının yükgöndərəndən və ya fraxtedəndən çatışmayan məbləği tələb etmək hüququ var.