Fraxt yükün göndərilməsi zamanı ödənilməmişdirsə, daşıyıcının onu tam həcmdə almaq hüququ var.

Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.

Göstərilən yük daşıyıcının xəbəri və razılığı əsasında gəmiyə yükləndikdən sonra gəmiyə, gəmidə olan digər yükə və ya insanlara təhlükə yaradarsa, şəraitdən asılı olaraq daşıyıcının belə yükü gəmidən boşaltmaq, zərərsizləşdirmək və ya məhv etmək hüququ vardır. Bu halda, ümumi qəza istisna olmaqla, yükgöndərənə vurulan zərərin əvəzi ödənilmir və daşıyıcı yükün faktik daşınma məsafəsinə mütənasib olan məbləğdə fraxt almaq hüququnu özündə saxlayır.