Salome Zurabişvili faktiki olaraq Gürcüstanın Prezidenti deyil.
Heftelik.az-ın “interpressnews.ge”yə istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Salome Zurabişvili Konstitusiyanı pozduqdan sonra faktiki olaraq Gürcüstanın Prezidenti deyil:
“Salome Zurabişvili Gürcüstanın prezidenti deyil. O özü Konstitusiya Məhkəməsinin legitimliyini ona qarşı iddia qaldıranda tanıyıb. Konstitusiya Məhkəməsi Salome Zurabişvilinin qeyri-legitim prezident olduğunu, konstitusiyanı pozan prezident olduğunu müəyyən edib. Salome Zurabişvilinin prezident postunu formal olaraq qoruyub saxlamasının yeganə səbəbi (müxalif) “Milli Hərəkat”ı dəstəkmələsidir”.