Sərnişin belə şəxsdir

04 Sentyabr 2024, 07:11

Faktiki daşıyıcı gəminin mülkiyyətçisi olaraq və ya gəmini digər qanuni əsaslarla istifadə edərək sərnişinləri faktiki daşıyan və ya daşımanın bir hissəsini icra edən daşıyıcıdan fərqli olan digər şəxsdir.

Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.

Sərnişin dənizlə sərnişin daşınması müqaviləsinə əsasən, yaxud daşıyıcının razılığı ilə dənizlə yük daşınması müqaviləsinə əsasən avtomobili və ya heyvanları müşayiət etmək məqsədi ilə daşınması həyata keçirilən istənilən şəxsdir.