Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsinə aydlnlıq gətirilib.

Heftelik.az-ın məlumatına görə, bu, “Kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydası”nda ıksini tapıb.

Sığorta müqaviləsinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:

– sığortalı öldükdə;

– sığortaçı sığortalı qarşısında öz öhdəliklərini tam olaraq yerinə yetirdikdə;

– sığortalı sığorta haqqını sığorta müqaviləsində müəyyən edilən qaydada ödəmədikdə;

– bu Qaydanın 11.3-cü bəndində nəzərdə tutulmuş halda (Kredit müqaviləsinə xitam verilməsi ilə əlaqədar sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi tələbi ilə çıxış edildikdə, sığorta müqaviləsi dərhal xitam verilmiş hesab edilir.);

– sığorta marağı artıq mövcud olmadıqda;

– sığortalı və ya sığortaçı sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi tələbi ilə çıxış etdikdə.

Sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə sığortalı məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdirsə, yaxud onun fəaliyyət qabiliyyəti məhkəmənin qərarı ilə məhdudlaşdırılmışdırsa, sığortalının hüquq və vəzifələrini onun qəyyumu və ya himayəçisi həyata keçirir.