Sığorta ödənişinin verilməsinin əsasları məlum olub.

Heftelik.az-ın məlumatına görə, bu, “Kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydası”nda ıksini tapıb.

Sığorta ödənişi aşağıdakı sənədlərin hər birinin mövcud olduğu halda həyata keçirilir:

– sığorta şəhadətnaməsi;

– sığorta ödənişinin alınması barədə faydalanan şəxsin (şəxslərin) sığorta tələbi;

– öldüyü hal istisna olmaqla, sığortalının şəxsiyyətini təsdiq edən sənədinin surəti;

– kredit müqaviləsinin borcverən tərəfindən təsdiqlənmiş surəti;

– kredit müqaviləsi üzrə borcverənin təsdiqlədiyi ödəniş qrafikinin surəti və kredit müqaviləsi üzrə borcverənin təsdiqlədiyi qalıq borc məbləğinə dair arayış;

– sığorta hadisəsi hesab edilə bilən, araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanının (qurumunun) belə hadisələrin baş verməsi tarixini, faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənədi;

– sığortalı sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə öldüyü halda:

– ölüm haqqında şəhadətnamənin surəti;

– xəstəlikdən öldüyü halda həmçinin xəstəlik tarixindən çıxarış (epikriz);

– sığortalının vərəsələrinə sığorta ödənişinin verilməsi nəzərdə tutulduqda vərəsəlik haqqında şəhadətnamənin surəti;

– sığortalının əmək qabiliyyətinin itirilməsi halında ona orqanizmin funksiyalarının pozulması faizinin təyin edilməsi haqqında tibbi-sosial ekspert komissiyasının rəyinin surəti.

– İstehlak krediti üzrə sığortalanma haqqında ərizə doldurulmadan bağlanan sığorta müqaviləsi üzrə sığorta ödənişi həyata keçirilərkən xəstəlikdən öldüyü halda həmçinin xəstəlik tarixindən çıxarış (epikriz) tələb edilmir.