Sığortaçının sığorta müqaviləsinə əsasən ən azı hansı risklərdən sığorta təminatı verdiyi məlum olub.

Heftelik.az-ın məlumatına görə, bu, “Kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydası”nda ıksini tapıb.

Sığortaçı sığorta müqaviləsinə əsasən ən azı aşağıdakı risklərdən sığorta təminatı verir:

– sığortalının ölməsi;

– sığortalının xəstəlik və ya bədbəxt hadisə nəticəsində orqanizminin funksiyalarının pozulması ilə əlaqədar əlilliyinin müəyyən olunması.

Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində nəzərdə tutulmuş risklərin baş verməsi sığorta hadisəsi hesab olunur.