Əgər gəminin ləngiməsinin qısamüddətli olacağı gözlənilirsə, Ticarət Gəmiçiliyi Məcəlləsində nəzərdə tutulmuş hallar digər tərəfə vurulan zərərin əvəzini ödəmədən dənizlə yük daşınması müqaviləsindən imtina etmək üçün əsas ola bilməz.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.
Nəzərdə tutulmuş hallardan hər hansı biri səfər vaxtı başladıqda, dənizlə yük daşınması müqaviləsinin hər bir tərəfinin müqavilənin icrasından imtina etmək hüququ vardır. Belə halda yükgöndərən və ya fraxtedən daşıyıcıya onun yüklə əlaqədar çəkdiyi bütün xərclərin, o cümlədən yükün boşaldılması ilə bağlı xərclərin əvəzini, habelə yükün faktiki daşındığı məsafəyə mütənasib olan məbləğdə fraxt ödəyir.