Zərərli istehsalat amilləri (zərərli maddələrin ayrılması, titrəyiş, səs-küy) mövcud olan iş yerlərində işləyənlərin ilkin və vaxtaşırı tibbi müayinədən keçməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 2014-cü il 15 may tarixli 24/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi müayinələrin keçirilməsi Qaydası”na uyğun həyata keçirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.