Vurulan zərərin əvəzinin ümumi qəzanın bölüşdürülməsi qaydasında ödənilməsi hüququ fövqəladə xərclərə və ya əmlakın qurban verilməsinə səbəb olan təhlükə dənizlə yük daşınması müqaviləsinin bir tərəfinin və ya üçüncü şəxsin təqsiri nəticəsində yarandığı halda da saxlanılır.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.
Belə bölüşdürülmə ümumi qəzanın iştirakçılarını vurulmuş zərəri cavabdeh olan şəxsdən tutmaq hüququndan məhrum etmir.