Hansı hasisələrin sığorta hadisəsi hesab edilmədiyi müəyyənləşib.
Heftelik.az-ın məlumatına görə, bu, “Kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydası”nda ıksini tapıb.
Aşağıdakılar nəticəsində baş verən hadisələrə sığorta müqaviləsində təminat verildiyi hallar istisna olmaqla, onlar sığorta hadisəsi hesab edilmir:
– hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər, vətəndaş qarşıdurmaları, hərbi çevrilişlər və xalq iğtişaşları hesab edilən tədbirlər;
– nüvə, bakterioloji (bioloji) və kimyəvi vasitələrdən (silahlardan) istifadə etməklə həyata keçirilən terror aktları;
– sığortalının alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoşluğu, o cümlədən belə sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsi;
– nüvə partlayışlarının, şüalanma və radioaktiv çirklənmənin təsiri;
– sığortalının özünün idarə etdiyi uçuş aparatının (o cümlədən deltaplanın və paraşütün) qəzaya uğraması;
– sığortalının qış, sualtı, atçılıq, avia və döyüş idman növləri, avto-moto idman, paraşütlə tullanma, qayalara dırmanma, alpinizm, deltaplanerizm, dağ və su turizmi ilə peşəkar şəkildə məşğul olması.
Göstərilənlərlə yanaşı, sığortalının sığortalanma haqqında ərizəsində bəyan edilən, sığorta Güqaviləsi, eləcə də sığorta şəhadətnaməsində buna əsasən aydın və oxunaqlı formada istisna edilən xəstəliklər nəticəsində baş vermiş hadisələr sığorta hadisəsi hesab edilmir.