Yükün daşınması üçün bütün gəmi, onun bir hissəsi və ya müəyyən yerləri verildikdə, yükgöndərən kənar yükün gəmidən, onun bir hissəsindən və ya müəyyən yerlərindən gəminin yola salındığı limanda, daşıma üçün bütün gəmi verildikdə isə gəminin daxil olduğu istənilən limanda boşaldılmasını tələb edə bilər.

Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.

Kənar yük gəmidən, onun bir hissəsindən və ya müəyyən yerlərindən vaxtında boşaldılmasa, fraxtedən fraxtın müvafiq surətdə azaldılmasını və fraxtedənə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər.