Konosamentdə yükün adına, onun əsas markalarına, yerlərin və ya predmetlərin sayına, çəkisinə və ya miqdarına dair məlumatların faktik qəbul edilmiş yükə uyğun olmaması barədə daşıyıcının və ya onun adından konosament verən digər şəxsin kifayət qədər əsasları olduqda, daşıyıcı və ya onun adından konosament verən digər şəxs konosamentə həmin uyğunsuzluq barədə, uyğunsuzluqların və ya məlumatların yoxlanılması üçün ağlabatan imkanın olmadığına konkret göstərişlə, qeyd-şərt etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.