Durovun heç Bakıda olduğunu bilmirdim. Onunla Bakıda niyə görüşməliydim ki?!

Heftelik.az-ın APA-ya istinadən verdiyi mılumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin Vladivostok iqtisadi forumunun plenar iclasında çıxışında bildirib.

Putin Durovla Bakıda görüşmədiyini söyləyib. Qeyd edib ki, Teleqram rəhbəri ilə uzun illər öncə Moskvada, Kremldə görüşüb.

“Əgər o, mənimlə görüşmək istəyirdisə, biz Moskvada görüşə bilərdik”, – deyə Rusiya prezidenti vurğulayıb.