Sərnişinə zərərin vurulmasına səbəb olmuş hadisə xidməti vəzifələri (səlahiyyətləri) hüdudunda hərəkət edən daşıyıcının, onun işçilərinin və ya agentlərinin təqsiri üzündən baş vermişdirsə, daşıyıcı sərnişinin ölümünə və ya sağlamlığının pozulmasına, habelə sərnişinin baqajının itirilməsinə və ya zədələnməsinə görə məsuliyyət daşıyır.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.