Əmək şəraiti üzrə iş yerlərinin attestasiyası zamanı bütün təhlükəli və zərərli istehsalat amilləri, əməyin ağırlığı və gərginliyi qiymətləndirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
İş yerlərinin attestasiyadan keçirilməsi üzrə komissiyanın tərkibi müəssisənin həmkarlar ittifaqı təşkilatının nümayəndələrindən, əməyin mühafizəsi xidmətləri və əməyin təşkili üzrə mütəxəssislərdən ibarət olmalıdır.