Yükün və ya onun bir hissəsinin daşınması faktiki daşıyıcıya həvalə edildikdə, daşıyıcı, bundan asılı olmayaraq, Ticarət Gəmiçiliyi Məcəlləsi ilə müəyyən edilmiş qaydalara müvafiq olaraq, bütövlükdə daşıma üçün məsuliyyət daşıyır.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.
Faktiki daşıyıcının icra etdiyi yükün daşınmasına münasibətdə daşıyıcı faktiki daşıyıcının, onun vəzifələri (səlahiyyətləri) çərçivəsində hərəkət edən işçilərinin və agentlərinin hərəkətləri və ya hərəkətsizliyinə görə məsuliyyət daşıyır.