Rusiyanın xalq artisti Alla Puqaçovanın valideynlik hüququndan məhrum edilməsi istənilib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə,  “Rusiya veteranları” ictimai təşkilatı Alla Puqaçova və onun həyat yoldaşı, tanınmış komediya ustası Maksim Qalkinin valideynlik hüququndan məhrum edilməsini istəyib.

Təşkilat bununla bağlı Rusiya Federasiyasının Uşaq Ombudsmanı Mariya Lvova-Belovaya müraciət göndərib.

Qeyd edək ki, Rusiya Ukraynada xüsusi hərbi əməliyyatlara (müharibə elan edəndən-red) başlayandan sonra Puqaçova və Qalkin uşaqları ilə birlildə Rusiyanı tərk edərək İsrailə köçüblər.

Rusiya Ədliyyə Nazirliyi Qalkini xarici agent kimi tanıyıb.