Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə aktyor Corc Qafarovu işdən çıxarıb.

Heftelik.az-ın xəbərinə görə, bu barədə “Qaynarinfo”ya teatrdan məlumat daxil olub.
Aktyorun işdən çıxarılmasına səbəb ona həvalə edilən roldan imtina etməsi olub.
Teatrın yaradıcı aktyorlarından bir neçəsi Mehriban Ələkbərzadədən Corc Qafarovu teatra qaytarmasını xahiş edib. Lakin direktorun qərarı dəyişməyib.
Xatırladaq ki, aktyor Corc Qafarovu müğənni Roza Zərgərli övladlığa götürüb. O, həm də Qaraçuxur bələdiyyəsinin üzvüdür.