Riskə münasibətdə hansı hadisələrin sığorta hadisəsi hesab edilmədiyi açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydası”nda ıksini tapıb.
Riskə münasibətdə aşağıda göstərilən hadisələr sığorta hadisəsi hesab edilmir:
– sığortalının orqanizminin funksiyalarının pozulması ilə əlaqədar sığorta müqaviləsi bağlananadək əlilliyinin müəyyən olunması;
– sığorta müqaviləsi bağlananadək sığortalının orqanizminin funksiyalarının pozulmasına səbəb olan bədbəxt hadisənin baş verməsi ilə əlaqədar sığorta müqaviləsi müddətində əlilliyinin müəyyən olunması;
– xəstəlik səbəbindən sığortalının orqanizminin funksiyalarının pozulması ilə əlaqədar sığorta müqaviləsinin bağlanmasından öncə əlilliyinin müəyyən olunması üçün səlahiyyətli dövlət orqanına (qurumuna) ünvanlandığı müraciəti üzrə sığorta müqaviləsi bağlandıqdan sonra 6 (altı) ay ərzində əlilliyinin müəyyən olunması.
Nəzərdə tutulmuş hadisələrin baş verməsinə münasibətdə sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində yalnız sığortalının orqanizminin funksiyalarının pozulması faizinin artmasına görə fərqli faiz aralığı (31-60 faiz aralığı, 61-80 faiz aralığı və 81-100 faiz aralığı) üzrə əlilliyinın (mövcud olduğu təqdirdə) müəyyən olunması sığorta hadisəsi hesab olunur.