Sığortaçıya abandon haqqında bildiriş Ticarət Gəmiçiliyi Məcəlləsində göstərilən müddətin bitdiyi və ya hadisələr başlandığı andan altı ay ərzində verilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.

Altı ay qurtardıqdan sonra sığortalı və ya faydalanan şəxs abandona olan hüququnu itirir və ümumi əsaslarla zərərin əvəzinin ödənilməsini tələb edə bilər.