Şirvan şəhərində birinci Qarabağ müharibəsi şəhidinin oğlu özünü asaraq intihar edib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Şirvan sakini, 1993-cü il təvəllüdlü Qədirli Tərlan Mirzəxan oğlu özünü yaşadığı fərdi yaşayış evinin həyətində asaraq intihar edib.

Qeyd edək ki, T. Qədirli birinci Qarabağ müharibəsində şəhid olan Mirzəxan Qədirovun oğludur.

Faktla bağlı araşdırma aparılır.