Futbol üzrə milli komandamız bu gün UEFA Millətlər Liqasında mübarizəyə başlayıb.
Heftelik.az-ın məlumatına görə, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv Bakıda İsveç seçməsini qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşə saat 20:00-da start verilib. Qarşılaşma qonaqların qələbəsi ilə nəticələnib – 3:1.
C Liqasının I qrupunun Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşünün 65-ci dəqiqəsində hesabı açan Aleksandr İsak 71-ci dəqiqədə ikinci qolu vurub.
Rəqibin heyətində Viktor Dyekereş 80-ci dəqiqədə penaltidən fərqi daha da artırıb. Millimizdən isə Renat Dadaşov 82-ci dəqiqədə rəqib qapısına yol tapıb.
Qeyd edək ki, 45+7-ci dəqiqədə Azərbaycan millisinin heyətində Ramil Şeydayev penalti zərbəsindən yararlana bilməyib.