Yükalanın tələbi ilə MÜAYİNƏ

06 Sentyabr 2024, 01:08

Yükün müayinəsi və ya vəziyyətinin yoxlanılması ilə əlaqədar xərcləri müayinəni və ya yoxlamanı tələb edən tərəf çəkir.

Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.

Yükalanın tələbi ilə müayinə və ya yoxlamanın aparılması nəticəsində daşıyıcının məsuliyyət daşıdığı itirilmə və ya zədələnmə müəyyən edilərsə, yükün müayinəsi və ya vəziyyətinin yoxlanılması üçün xərcləri daşıyıcı çəkir.