Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunları davam edir.

Heftelik.az-ın Apasport.az-a istinadən verdiyi məlumata görə, 100 metr məsafəyə qaçışda çempion olan paraatletimiz Lamiyə Vəliyeva (T13 kateqoriyası) növbəti medal üçün mübarizə aparıb.

O, 400 metr məsafəni 55.09 saniyəyə qət edib.

Təmsilçimiz bu yarışda gümüş medalla kifayətlənib.