Samuxda ölümlə nəticələn yol qəzası baş verib.

Heftelik.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, “Hyundai” və “Lada-21015” markalı avtomobillərin toqquşması nəticəsində “Lada” avtomobilinin sürücüsü E. Əhmədov müxtəlif bədən xəsarətləri alıb.

Sərnişin 1945-ci il təvəllüdlü Gilə Məmmədova isə aldığı xəsarərlərdən ölüb.

Hadisə yerinə Samux RPŞ-nin əməkdaşları cəlb olunub, araşdırmalar davam etdirilir.