Rusiyanın Sankt-Peterburq şəhərinin hazırkı qubernatoru Aleksandr Beqlov protokolların 70,57 faizinin sayılmasından sonra qubernator  seçkisində səslərin 59,88 faizini toplayıb.

Heftelik.az-ın xəbərinə görə, bu, Rusiya Mərkəzi Seçki Komissiyasının seçkinin ilkin nəticələrinə dair məlumatında əksini tapıb.

Aleksandr Beqlov səslərin 60,25%-ni toplayıb.

LDPR partiyasından namizədliyi irəli sürülmüş Maksim Yakovlev 19,05%, Pavel Braqin (yaşıllar) 11,1%, Sergey Malinkoviç (Rusiya kommunistləri) 7,75% səs toplayıb.

Qeyd edək ki, Rusiya Federasiyasının birinci dərəcəli dövlət müşaviri Aleksandr Beqlov 1956-cı il mayın 19-da Bakıda hərbçi ailəsində anadan olub. Beqlov səkkiz sinfi bitirdikdən sonra öncə peşə məktəbinə və daha sonra sənaye-pedaqoji texnikumuna daxil olub.