Ağacların hündürlükdə şaxə və budaqlarının kəsilməsi zamanı nələrin qadağan olunduğu müəyyənləşib.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Ağacların hündürlükdə şaxə və budaqlarının kəsilməsi zamanı aşağıdakılar qadağan olunur:
– bataqlıq qruntlarda bitən və ya çılpaq kök sisteminə malik ağaclarda əyilmiş, quru, çürümüş, yanmış, şaxə və budaqların kəsilməsi;
– sınanmamış və qeyri-inventar nərdivanların istifadəsi;
– budaq və şaxələrin balta ilə doğranması;
– insanın söykəndiyi, sığorta kəmərinin (qoruyucu kəmər qayışının) ipi bərkidilmiş budaq və şaxələrin kəsilməsi;
– şaxə və budaqları kəsilən ağacın altında dayanılması;
– nərdivanın ağacın əyilmə istiqamətində quraşdırılması;
– quru və ya çürük budaqlara sığorta bağının (qoruyucu kəmər qayışı) ip ilə bərkidilməsi.