İşlər qəfəsələrdəki karton qutularda üfüqi vəziyyətdə yerləşdirilməlidir. Qutunun üz tərəfində fondun, siyahının, işlərin nömrələri, zərurət olduqda isə sənədlərin tarixləri və digər məlumatlar göstərilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının penitensiar sistemində arxiv işinin təşkili haqqında Təlimat”-da əksini tapıb.
Arxiv işləri bölməsinin bütün otaqları, həmçinin qəfəsələr və rəflər nömrələnməlidir. Qəfəsələr giriş qapısının sol tərəfindən sağ tərəfinə, rəflər isə yuxarıdan aşağıya nömrələnməlidir.