Mütəxəssis kənar gərginliyin 25 V-dan yuxarı olmasını dərhal obyektin daimi operativ heyət üzvünə, o olmadıqda isə ondan yuxarı operativ heyətə bildirməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Boşaldıcılar və ya qoruyucular yalnız kənar gərginlik olmadıqda dəyişdirilir. Elektrik veriliş və elektrikləşdirilmiş dəmir yolları dəyişən cərəyan xətlərinin təsirlərinə məruz qalmış rabitə xətləri aparatlarında işlər zamanı göz üçün fərdi mühafizə vasitələrindən və dielektrik xalça və əlcəklərdən (həmçinin izoləedici kəlbətindən) istifadə etməklə xətti mühafizə vasitələri dəyişdirilməlidir.