Avadanlığın təmiri və quraşdırılmasını yerinə yetirən briqadanın tərkibinə sınaqların aparılması üçün elektrik laboratoriyası əməkdaşları və ya sazlama üzrə podratçılar daxil edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Bu halda sınaqlara iş icraçısı və ya onun göstərişi ilə elektrik təhlükəsizliyi üzrə ІV qrupdan aşağı olmayan qrupa malik elektrik laboratoriyasının əməkdaşı və ya sazlama üzrə podratçı rəhbərlik edir.