Gərginliyi 1000 V-dan yuxarı olan elektrik qurğularında elektrik ölçü kəlbətinləri və elektrik izoləedici ştanqlarla işləyərkən ölçmə işlərini naryad və ya sərəncam üzrə 2 (iki) mütəxəssis aparmalı, bunlardan biri elektrik təhlükəsizliyi üzrə IV qrupdan, digəri isə III qrupdan aşağı olmayan qrupa malik olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Elektrik ölçü kəlbətinləri ilə hava xəttinin dayağında işləmək qadağandır. Dayaq konstruksiyalara və mobil qaldırıcı platformaya elektrik izoləedici ştanqsız qalxıb və enilməlidir.