Gəmi mülkiyyətçisinin məsuliyyətinin məhdudlaşdırılması hüququ və bu hüququn itirilməsinə aydınlıq gətirilib.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.
Gəmi mülkiyyətçisinin bir hadisəyə münasibətdə öz məsuliyyətini aşağıdakı kimi hesablanan ümumi məbləğlə məhdudlaşdırmaq hüququ var:
– tutumu 2000 tondan artıq olmayan gəmi üçün 10 000 000 hesablaşma vahidi ilə;
– tutumu 2000 tondan artıq olan gəmi üçün, ümumi məbləğin heç bir halda 100 milyon hesablaşma vahidindən çox olmamaq şərti ilə, bu Məcəllənin 262.1.1-ci maddəsində göstərilən məbləğə tutumun sonrakı hər tonu üçün tutumu 2001 tondan 50000 tonadək olan gəmiyə 1,5 min, tutumu 50000 tondan artıq olan gəmiyə isə 360 hesablaşma vahidi əlavə edilir.