Toqquşmanın baş verdiyi şəraitdən hər bir gəminin təqsir dərəcəsini müəyyənləşdirmək mümkün olmadıqda, zərərə görə məsuliyyət onların arasında bərabər bölüşdürülür.

Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.

Toqquşmada təqsiri olan gəmilərin sahibləri insanların ölümü və ya sağlamlıqlarının pozulması nəticəsində vurulan zərərə görə üçüncü şəxslər qarşısında birgə məsuliyyət daşıyırlar.