Bayraqcıqları yer səthindən 2-3 m hündürlükdə iş icraçısı elektrik təhlükəsizliyi üzrə ІII qrupdan aşağı olmayan qrupa malik briqada üzvü ilə birlikdə asır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Hava xəttinin dayağına gərginlik altında qalan dövrə tərəfdən qalxmaq və bu dövrəni saxlayan travers sahəsinə keçmək qadağandır. Dayaqlarda addım-boltlar varsa, onların hansı dövrənin altında yerləşməyindən asılı olmayaraq, onların üzəri ilə qalxmağa yol verilir.