İki və ya daha çox gəminin cəlb olunduğu hadisə nəticəsində çirkləndirmədən zərər vurulduqda, hadisə ilə bilavasitə əlaqəsi olan gəmilərin mülkiyyətçiləri onların arasında ağlabatan qaydada bölüşdürülə bilməyən çirkləndirmədən vurulan bütün zərərə görə, əgər onlar məsuliyyətdən azad edilmirlərsə, birgə məsuliyyət daşıyırlar.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.