Elektrik mühafizə vasitələrindən və metal meydançalardan istifadə etmədən yerdən aparılan işlərə naqillərin toxunma yerinin bilavasitə yaxınlığında torpaqlanacağı şərti ilə yol verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
İnduksiyalanmış gərginlik altında olan hava xəttində quraşdırma zamanı istifadə olunan naqillər, polad dartıcı kəndirlər ilk öncə dartıcı mexanizmə bərkidilməlidir və potensialların bərabərləşdirilməsi üçün naqilin torpaqlandığı torpaqlayıcıya birləşdirilməlidir.