İşlərin mövcudluğu və vəziyyəti müvafiq buraxılışı olan iki nəfərdən az olmayan komissiya tərəfindən yoxlanılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının penitensiar sistemində arxiv işinin təşkili haqqında Təlimat”-da əksini tapıb.
İşlərin faktiki mövcudluğu və vəziyyətinin yoxlanılmasına başlamazdan əvvəl yoxlanılan fond üzrə qeydiyyat sənədlərinin dolğunluğu müəyyən edilir, eləcə də qeydiyyat sənədlərinin uyğun göstəricilərinin üzləşdirilməsi (fondun siyahı vərəqi üzrə adların, ilkin və sonuncu tarixlərin, fondun həcminin uyğunluğu) aparılır.