Məhkəməyə hörmətsizlik edildikdə, hakimin, prokurorun, müstəntiqin, təhqiqatçının, vəkilin, ekspertin, habelə təhqiqat və ya ibtidai istintaq orqanının, məhkəmənin icraatında olan cinayət işi üzrə zərər çəkmiş şəxsin və ya şahidin həyatına sui-qəsd edildikdə və cəza çəkən və ya həbsdə olan şəxs müvafiq olaraq azadlıqdan məhrum etmə yerindən, həbsdən, yaxud mühafizə altından qaçdıqda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror dərhal cinayət işini aşkar edilmiş fakt üzrə başlamalıdır.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.