Sabunçuda 46 saylı marşrut avtobusu piyadanı vuraraq öldürüb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, , hadisə Qaraçuxur qəsəbəsi istiqamətində qeydə alınıb.

Belə ki, “DAEWOO” markalı sərnişin avtobusu “Bakıxanov Ticarət Mərkəzi”nin yaxınlığında yolu keçən piyada 1971-ci ildə təvəllüdlü Xudiyev Elmidar Kazım oğlunu ehtiyatsızlıqdan vurub.

Hadisə nəticəsində müxtəlif xəsarətlər alan piyada müalicə aldığı xəstəxanada ölüb.

Fakt araşdırılır