Elm və təhsil naziri Emin Əmrullayev Hesablama Palatasının yoxlamasından sonra Bakı Dövlət Universitetinə  büdcəyə 200 min ödətdirilməsinə münasibət bildirib.

Heftelik.az-ın məlumatına görə, nazir deyib ki, Hesablama Palatasının Bakı Dövlət Universitetində (BDU) aşkarladığı nöqsanlarla bağlı bir neçə izahat alınıb.

Qeyd edilib ki, müvafiq dövrlər üzrə nəzarət qurumları tərəfindən audit yoxlamaları aparılır: “Təbii ki, prosesdə nöqsanlar üzə çıxır. Prosedur olaraq Elm və Təhsil Nazirliyi tərəfindən həmin qüsurlarla bağlı ilk olaraq izahat alınır. Çünki qarşı tərəfin də rəyi alınmalıdır. Orada bir neçə qüsur ola bilər. Əgər hansısa maliyyə qüsurları varsa, onların bərpası məsələsi həmişə qaldırılır. Amma digər məsələlər əgər texniki xarakter daşıyırsa, bu halda həmin qurumlara xəbərdarlıq edilir. Bu qüsurlara yol verilməməsi tapşırılır”.

 

Bakı Dövlət Universitetində yoxlama – Büdcəyə 200 min ödətdirildi