Prezident İlham Əliyev Fransanın Paris şəhərində keçirilən XVII Yay Paralimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında Sərəncam imzalayıb.
Heftelik.az xəbər verir ki, Sərəncama əsasən, XVII Yay Paralimpiya Oyunlarında əldə etdikləri yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilib:
- birinci yeri tutan hər bir idmançıya 200 000 manat, onun məşqçisinə 100 000manat;
- ikinci yeri tutan hər bir idmançıya 100 000 manat, onun məşqçisinə 50 000 manat;
- üçüncü yeri tutan hər bir idmançıya 50 000 manat, onun məşqçisinə 25 000 manat.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.