“Qarabağ”dan ayrılan Hamidu Keytanın yeni klubu bəlli olub.
Heftelik.az-ın Apasport.az-a istinadən verdiyi məlumata görə, onun “Konyaspor”a keçidi rəsmiləşib.
Bunu klubun mətbuat xidməti açıqlayıb. 29 yaşlı fransalı vingerlə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, o Super Liqa təmsilçisində 28 nömrəli formanı geyinəcək.