Şəhadətnamədə hansı məlumatların olmalı olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.
Şəhadətnamədə aşağıdakı məlumatlar olmalıdır:
– gəminin adı, çağırış siqnalı və onun qeydiyyata alındığı liman (yer);
– gəmi mülkiyyətçisinin adı və ünvanı;
– məsuliyyətin maliyyə təminatının növü;
– şəxsin məsuliyyətinin sığortaçısının və ya digər maliyyə təminatını verənin adı və ünvanı, müvafiq hallarda isə məsuliyyətin sığortalandığı və ya maliyyə təminatının verildiyi yeri;
– şəhadətnamənin məsuliyyətin sığorta və ya digər maliyyə təminatının müddətindən artıq olmayan qüvvədəolma müddəti.