Növbədənkənar parlament seçkiləri ilə əlaqədar araşdırılmalı 5 müraciət qalıb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
“Şikayətlərin az olmasının səbəbi seçkinin normal keçməsidir. Apardığımız fəaliyyətin nəticəsini görürük”, – deyə MSK sədri vurğulayıb.