Sumqayıtda 21 yaşlı tələbənin ölümü ilə bağlı yeni detallar üzə çıxıb.
Heftelik.az-ın oxu.az-a istinadən verdiyi məlumata görə, Fuad İsmayılovun canına qəsd etməsinə səbəb anası ilə aralarında baş vermiş mübahisə olub.

Belə ki, şəhər məktəblərinin birində müəllim işləyən anası ilə aralarındakı davadan sonra F. İsmayılov özünü yaşadıqları binanın pəncərəsindən atıb.
Qeyd edək ki, mərhum Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının ikinci kurs tələbəsi olub.
Hadisə 9-cu mikrorayon ərazisində qeydə alınıb.
O, hadisə yerindəcə keçinib.
Faktla bağlı araşdırma aparılır.