55 yaşlı kişini ilan sancıb

11 Sentyabr 2024, 14:46

Ağdamda 55 yaşlı kişini ilan sancıb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Həsənxanlı kəndi ərazisində baş verib. Kənd sakini 1969-cu il təvəllüdlü Əbdürrəhimov Səfər Sərdar oğlunu kənd ərazisində əkin sahəsində soğan yığarkən ayağından ilan sancıb.

Səfər Əbdürrəhimov Tərtər Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, ona zərdab vurulub. Vəziyyətinin stabil olduğu deyilir.