Tacikistan Üləmalar Şurasının sədri Səidmukarram Abdulkodirzoda Düşənbənin mərkəzi məscidi yaxınlığında bıçaqlanıb, cinayətkar saxlanılıb.
Heftelik.az-ın xəbərinə görə, bu barədə Tacikistanın Daxili İşlər Nazirliyinin mətbuat mərkəzindən məlumat verilib.
Qeyd edilib ki, bu gün saat 17:20-də Düşənbə şəhərinin mərkəzi məscidi yaxınlığında namazdan sonra bir nəfər Tacikistan Üləmalar Şurasının sədri Səidmükərram Abdulkodirzodanı kəsizi alətlə yaralayıb.
Səidmukarram Abdulkodirzoda yüngül xəsarət alıb və həkimlər tərəfindən müayinə olunduqdan sonra yaşadığı ünvana göndərilib
Polis hücum edən şəxsin saxlanıldığını bildirib.
Hücumun motivləri hələ ki, məlum deyil.