Arxiv sənədlərinin tez axtarılıb tapılması üçün hər fond və qəfəsəyə dair topoqrafik göstərici kartoçkaları (22 və 23 №-li formalar) tərtib edilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının penitensiar sistemində arxiv işinin təşkili haqqında Təlimat”-da əksini tapıb.

Topoqrafik göstərici kartoçkalarının bir nüsxəsi qeydiyyata cavabdeh olan şəxsdə, ikincisi isə müvafiq mühafizəxanada saxlanılır.